İncəsənət

Azərbaycan-Türkiyə başlıqlı Beynəlxalq X Ankara İncəsənət Festivalı başladı

“QarabagNews” xəbər verir ki, dekabrın 22-dən Türkiyənin paytaxtı Ankarada “İki dövlət, bir millət” layihəsi çərçivəsində Türk Əl Sənətləri Sərgisi və Ədəbiyyat Günləri başlayıb.

Ankara Sənət Qalereyasının sədri, rəssam və şair Sultan Özateşin Ankara Böyükşəhər Bələdiyyəsi Sənət Qalereyasında (Atatürk Bulvarı, Zafer Çarşısı İçi) təşkil etdiyi tədbir dekabrın 31-dək xalqa açıqdır.

Beynəlxalq X Ankara Sənət Festivalında Türkiyənin müxtəlif şəhərlərindən, o cümlədən, Azərbaycan Respublikasından sözlü-sənətli tanınan qonaqlar iştirak edir. Dekabrın 31-dək Ankaradan Figen Abiş, Ümit Dilek Aydoğan, Tülay İrmak, Həlimə Merttürk, Safiyə Kara, Merve Öztürk, Hicran Kaya, Nuray Baştürk, Adəm Yılmaz, Qarsdan Sevgi Gültekin, Cihan Ergün, Çankırıdan Gökşen Arslantaş, Nesrin Ercan, Konyadan Rəcəb Tuğ, Kuşadasından Əminə Keskin, Manisadan Dilek Gürer, İzmirdən Məryəm Pişkinkaya, Balıkesirdən Çetin Kabadayı, Adıyamandan Seval Beyazgül, Hataydan Adnan Yoğurtcu, qardaş Azərbaycandan Qalibə Cəfərova, Aybəniz Qafarlı, Qalib Ədalət, Güllü Əhmədova, Şimali Kıbrısdan Dilek Yaka və adlarını çəkə bilmədiyim onlarla ədəbiyyat və insəcənət adamı festivalın sərgi və imza mərasimlərilə qarşınızdadır.”

  Tədbir və sərginin fotoqalereya linkləri:

http://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/beyn-lxalq-x-ankara-inc-s-n-t-festivali

http://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/ankarada-hli-hiref-s-rgisi

Teqlər
Daha çox göstər
Close