Cəmiyyət

Aksiz markası olmayan spirtli içkilər aşkarlandı

“QarabagNews” xəbər verir ki, məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib. Baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində “Hennesy X.O.” yazısı olan 70 ədəd 0.7 litrlik, üzərində “Moet&Chandon” yazısı olan 60 ədəd 0.75 litrlik və üzərində “Godet Antarctica” yazısı olan 6 ədəd 0.5 litrlik spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox göstər
Close