Avropa

Almaniyada məscidlərə hücumlar davam edir

“QarabagNews” xəbər verir ki, Almaniyanın Duisburg şəhərində tikinti işləri davam edən Mövlana Məscidinə hücum təşkil edilib. İbadədgahın divarlarına təhqiramiz sözlər yazılıb.

Məlumata görə məsçid divarına yəhudilik simvolu olan “Davud Ulduzu” təsvir edilib.

Məscidlər Dərnəyinin başçısı Hulusi Yüksel mövzu ilə əlaqəli yaydığı bəyanatda Almaniya polisinin hadisə ilə əlaqəli istintaq başlatdığını bildirib.

Teqlər
Daha çox göstər
Close