AŞPA

Avropa İttifaqı və Yaponiya arasında imzalanan ticarət müqaviləsi təsdiq edildi

“QarabagNews” xəbər verir ki, Strasburq şəhəridə toplantı keçirən Avropa Şurasının Parlament Assambleyası Yaponiya ilə Aİ arasında iyul ayında imzalanan ticarət müqaviləsini təsdiq edib. Ticarət müqaviləsi  Parlament Assambleyasında 152 səsə qarşı 474 səslə qəbul edilib.

Yaponiya Baş naziri Şinzo Abe Avropa Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jean-Claude Juncker iyul ayında Tokioda keçirilən Aİ-Yaponiya sammiti çərçivəsində İqtisadi Tərəfdaşlıq Müqaviləsi və Strateji Tərəfdaşlıq Müqaviləsi imzalamışdılar.

Qeyd edək ki, Aİ və Yaponiya arasında 4 ildir davam edən azad ticarət müqaviləsi danışıqları 2017-ci ilin dekabrında başa çatmışdı.

Teqlər
Daha çox göstər
Close