Ədəbiyyat

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi” adlı kitab-albom dərc edildi

“QarabagNews” xəbər verir ki, AMEA Rəyasət Heyəti aparatının ELMİ irs mərkəzi çoxsaylı arxiv sənədlərini tədqiqata cəlb edərək, icmal şəklində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi” adlı kitab-albom dərc etdirib.

Elmi irs mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyevanın müəllifi olduğu nəşrdə parlamentin siyasi fraksiyaları, millət vəkilləri, həmçinin AXC hökumətinin tərkibinə dair mühüm məlumatlar yer alıb. Kitabda Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu rəsmi sənədlərlə oxucuya təqdim olunub.

Kitab-albom AXC tarixi sahəsində çalışan tədqiqatçılar, ali məktəb tələbələri, magistrant və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Teqlər
Daha çox göstər
Close