BMT

BMT Baş katibinin sözçüsü: “Xaşoqçi ilə əlaqəli istintaq şəffaf olmalıdır”

“QarabagNews” xəbər verir ki, BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında Xaşoqçinin qətlinə dair ünvanlanan sualları cavablandırıb.

Farhan Haq Anadolu Agentliyi müxbirinin ünvanladığı, “BMT Xaşoqçinin  qətli ilə əlaqəli məhkəmə  prosesini  izləyirmi”,  sualına : “ Cinayət  ilə əlaqəli cərəyan edən son prosesləri izləyirik. İstintaq və məhkəmə prosesi şəffaf və çoxtərəfli davam etməlidir”- deyə cavab verib.

Xatırladaq ki, Səudiyyə jurnalist Camal  Xaşoqçi 2 oktyabrda İstanbulda Səudiyyə Ərəbistanı Baş Konsulluğunda qətl edilmişdi.

Daha çox göstər
Close