BMT

BMT-nin baş katibi “qırmızı həyəcan” xəbərdarlığı davam etdiyini bildirdi

“QarabagNews” xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş yeni il üçün yayımladığı video-mesajında dünyada yaşanan problemlərlə bağlı keçən il “qırmızı həyəcan” xəbərdarlığı etdiyini xatırlatdı və təhlükənin davam etdiyini bildirərək deyib: “Davam edən müharibə və münaqişələr, geosiyasi pərakəndəlik dərinləşməsi ağırlaşdıqca rekord sayda insan təhlükəsizlik və müdafiə axtarışında köç edir. Dünyanın qarşı-qarşıya olduğu müharibə, qarşıdurma, iqlim dəyişikliyi, miqrasiya və qaçqın probleminə işarə edərək “Dünyamız stress testindən keçir” dedi.

Ümid yaradan hadisələr də var. Yəmən danışıqlarının sülh ümidi doğurur. Efiopiya və Eritreya arasında uzun müddətdir davam edən gərginlik sentyabr ayında Riyadda varılan müqavilə ilə aradan qaldırıldı ki, bu da regiona sülh ümidi gətirdi”.

Qlobal istiləşməyə də toxunan BMT Baş katibi artan bu təhlükəni dayandırmaq üçün son şansın əldən buraxılmaması lazım olduğunu vurğulayıb: “Beynəlxalq iş birliyi olarsa, dünya qazanar”.

Teqlər
Daha çox göstər
Close