Maraqlı

Burun temperaturu insanın doğru danışıb-danışmadığını ortaya çıxarır

“QarabagNews” xəbər verir ki, İspaniya alimlərinin iştirakı ilə aparılan təcrübədə insanların yalan danışanda burun temperaturlarının düşdüyü müəyyən olunub. Təcrübələrin 80 faizi bunu təsdiq edib.

Təcrübə zamanı adamlardan telefonla yaxınlarına zəng edərək onlara yalan danışmaları tələb olunub. Könüllülər səthindəki temperaturun paylanmasını göstərən termal cihazlar vasitəsilə izlənilib.

Alim Emilio Gomez Milanın sözlərinə görə, burun temperaturunda azalma yalan danışmağa çalışan insanın yaşadığı həyəcandan qaynaqlanır. Bununla bərabər, yalan söylənildiyi zaman artan zehni iş alında istiliyin yüksəlməsinə səbəb olur.

Teqlər
Daha çox göstər
Close