Avropa

Çavuşoğlu Yunanıstana xəbərdarlıq etdi

“QarabagNews” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib, Çavuşoğlu: “Sizin bir ərköyün uşağınız var, milli müdafiə nazirlərinə elə deyirlər. Siz ona yiyə durun, bizim təhlükəsizlik qüvvələrimizin əlindən bir qəza çıxmasın” deyə vurğulayıb.

Egey dənizi ətrafında və Şərqi Aralıq dənizində Türkiyənin mənfəətlərinin müdafiəsini davam etdirəcəklərini qeyd edən Çavuşoğlu “Egey dənizində bizim icazəmiz olmadan addım atıla bilməz. Həm Məclis qərarımızı xatırladırıq, həm də Sahil Təhlükəsizlik və Dəniz Donanması  daxil, mənfi addımlar atıldığı zaman lazım olan cavab verilir.

Daha çox göstər
Close