İT

“Chip Azərbaycan” texnologiya jurnalının təqdimat mərasimi keçirilib

“QarabagNews” xəbər verir ki, 25 dekabr tarixində “Chip Azərbaycan” texnologiya jurnalının təqdimat mərasimi keçirilib. Chip jurnalının, həm də chip.az saytının direktoru olan Xəyalə Nəsirli jurnalın məqsədi, həmçinin gələcək fəaliyyəti barədə ətraflı məlumat verib. Xəyalə xanım eyni zamanda jurnalın yaradılması ilə Azərbaycanda mövcud İT aləmini bir yerə cəmləyərək yeni layihələr istiqamətində gələcək planlardan söz açıb. O qeyd edib ki, hazırda Azərbaycan dilində dərc olunan yeganə texnologiya jurnalı olan Chip-in məqsədi bütün texnologiya, İT şirkətlərini bir araya toplayaraq, texnologiya sahəsində olan yeniliklərdən birlikdə xəbər tutmaq və birgə inkişafa nail olmaqdır. Tədbir bir sıra şirkət rəhbərlərinin nitqi ilə davam edib. Bəzi gənc startapçıların və şirkətlərin stendləri qurulan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təqdimatdan çəkilən fotolara bu linkdən baxa bilərsiniz.

Teqlər
Daha çox göstər
Close