Ekologiya

Hava şəraiti haqqında

“QarabagNews” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz  8-10 dərəcə  isti təşkil edəcək.

Azərbaycanın rayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-da və bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Daha çox göstər
Close