Elm və Təhsil

İlin ilk Günəş tutulması hadisəsi baş verib

“QarabagNews” xəbər verir ki, AMEA-dan verilən məlumata əsasən 2019-cu ilin ilk Günəş tutulması qismən olub və yanvarın 6-na təsadüf edilib. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayıb və 07:49-da başa çatıb.

Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi – Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünüb.

Daha çox göstər
Close