Avropa

Makron: “Sarı jiletlilər”in etirazlarına səbəb olan problemlər müzakirə ediləcək”

“QarabagNews” xəbər verir ki, Fransa prezidenti Makron Yeni il mərasimində çıxış edərkən ölkə daxilində davam edən Sarı jiletliler haqqında danışıb, Makron: “Sarı jiletlilər”in sözçüləri jurnalistlər, təhlükəsizlik qüvvələri, xarici köçkünlər, millət vəkilləri və bələdiyyə başçılarını hədəfə alıb. Halbuki Fransanın gələcəyi birlik içində təyin olunmalıdır.  “Sarı jiletlilər”in etirazlarına səbəb olan problemləri həll etmək üçün yanvar ayından ölkənin bir çox bölgəsində görüləcək işləri müzakirə ediləcək.” deyib.

Xatırladaq ki, Fransada maye yanacaq qiymətinin artması və iqtisadi şərtlərin pisləşməsinə görə 2018-ci ilin 17 noyabrında başlayan “sarı jiletlilər” hərakatı ölkədə son illərin ən böyük mitinqi sayılır. Etiraz nümayişlərində indiyə qədər 10 adam həyatını itirib, təxminən 4341 nəfər nəzarətə götürülüb, min nəfərdən çox insan yaralanıb.

Teqlər
Daha çox göstər
Close