Cəmiyyət

Nobel prospektində yolda çökmə baş verib

“QarabagNews” xəbər verir ki, AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən Nobel prospektində yolda çökmə baş verib. Əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırılmağa başlanıldı. Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edildi. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentliyimiz tərəfindən çökmüş hissə bərpa olunacaq.

Qeyd edək ki, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Daha çox göstər
Close