Futbol

“Qarabağ” iki sabiq futbolçusunu geri qaytara bilər

“QarabagNews” xəbər verir ki, Qazaxıstanın “Astana” klubunda çıxış edən Pedro Enrike və Riçard Almeyda Ağdam klubuna geri dönə bilərlər. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Almeyda danışıqlar aparmaq üçün Bakıya gələcək. Millimizin üzvünün “Astana” ilə müqaviləsi olduğundan hər şey Qazaxıstan klubundan asılı olacaq.

Pedro Enrike isə müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. Braziliyalı futbolçu “Astana”da qalmaq istəmədiyi və onun PAOK-la “Qarabağ”dan birinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, maliyyə sıxıntıları səbəbindən bir çox futbolçu “Astana”dan getməyi düşünür.  

Teqlər
Daha çox göstər
Close