Sosial Şəbəkə

Rusiya şirkəti Facebook-u məhkəməyə verir

Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi ilə əlaqəli şirkət Facebook-u məhkəməyə verib.

“QarabagNews”  xəbər verir ki, səbəb sosial şəbəkənin onu platformadan çıxarmasıdır.

Federal Xəbərlər Agentliyi MMC adlı şirkət noyabrın 20-də ABŞ Kaliforniya Dairə Məhkəməsində iddia qaldırıb, özünün qanuni xəbər orqanı olduğunu bildirir, profilinin bərpasını tələb edir.

Sankt Peterburqda mənzillənən bu şirkətə qarşı ötən ay Virciniya ştatında iddia qaldırılıb, mühasibi 2016-cı ildə seçkiyə müdaxilə cəhdiylə bağlı ittiham olunur.

Facebook apreldə şirkətin hesablarını bağlayıb. O zaman xüsusi prokuror Robert Mueller Rusiyanın İnternet Araşdırmaları Agentliyinə qarşı da ittiham irəli sürüb, onun ABŞ sosial mediasında dezinformasiya, narazılıq yaydığı bildirilib.

Facebook ümumilikdə 270 rusdilli hesabı və səhifəni bağlayıb.

Teqlər
Daha çox göstər
Close