SəhiyyəVideo

“Səhiyyə sistemində islahatların idarə edilməsi, Səhiyyə iqtisadiyyatı” təlimi təşkil olunub-VİDEO

“QarabagNews” xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi, Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olunub. 26 dekabr 2018-ci ildə başlayan təlimin 3 gün davam etməsi nəzərdə tutulub.

İranlı mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirlməsi, islahatların aparılması, tibb müəssisələrinin maliyyələşməsi, xəstəxana xərclərinin idarə edilməsi kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması, beynəlxalq təcrübənin təhlili və qiymətləndirilməsi nəzərdə tutulub.

Teqlər
Daha çox göstər
Close