Maraqlı

Şamanlıq bəşər tarixinin ən qədim peşəsi qəbul edildi

“QarabagNews” xəbər verir ki, Harvard ali incəsənət və elm məktəbinin tədqiqatçısı Manvir Sinqhin sözlərinə görə, qədim qəbilələrin düşüncəsində şamanlar havanı idarə edib, uğurlu ov üçün xeyir-dua verib, müxtəlif xəstəlikləri müalicə edib. Şamanlar beləcə həm nüfuz, həm də hakimiyyət sahibi olub.

Şamanı qəbilənin adi üzvlərindən fərqləndirən əsas cəhət onun “sehir” qabiliyyətinin olması idi. Şamanlar mürəkkəb sınaqlardan keçərək təyin edilirdi.

Sinqhin sözlərinə görə, şamanlıqdan fərqli olaraq, digər məşğuliyyətlərə, məsələn, ovçuluq, yığıcılıq, silah və alət hazırlamağa (sənətkarlıq) hər bir qəbilə üzvü cəlb oluna bilərdi. Ona görə də tədqiqatçılar “şamanlığın” ən qədim peşə olduğu nəticəsinə gəlib.

Teqlər
Daha çox göstər
Close