Biznes

“Sinochem Group”un sabiq Baş direktoru Cai Xiyouya 12 il həbs cəzası verildi

Çin məhkəməsi dünyanın ən iri kimya şirkətlərindən biri olan “Sinochem Group”un sabiq Baş direktoru Cai Xiyouya 12 il həbs cəzası verib.  O, rüşvət və korrupsiya əməllərinə görə cəza çəkəcək.
 “QarabagNews” xəbər verir ki,  Xiyou, müqavilələri manipulyasiya etmək və qeyri-qanuni satışlar etmək üçün 7,8 milyon dollar rüşvət almaqda ittiham olunurdu.
1950-ci ildə yaradılan və Çinin ən böyük şirkətlərindən biri olan “Sinochem Group” eyni zamanda ölkənin ilk transmilli şirkətidir.  
50 mindən çox işçisi olan şirkət enerji, kimya, kənd təsərrüfatı, əmlak və maliyyə sahələrində fəaliyyət göstərir.

Teqlər
Daha çox göstər
Close