Maraqlı

Tarixin ilk kosmos ölkəsini quran və ilk prezidenti azərbaycanlıdır

“QarabagNews”un məlumatına görə tarixin ilk kosmos ölkəsi olan Asgardianın rəsmi veb saytında yazılana görə, hazırda 280 min Asgardia vətəndaşı vardır.

2016-cı ildə yaradılan Asgardiaya vətəndaş olmaq üçün illik 100 avro ödəniş tələb edilir. Asgardia parlamentinin sədri Lembit Öpik qərarın parlament tərəfindən səs çoxluğuyla qəbul olunduğunu bildirib. Qərara görə, Asgardia vətəndaşlığına yeni müraciət edən adamlar 30 günlük təqib müddəti ərzində vətəndaşlıq haqqını ödəmək məcburiyyətindədir. Amma hal-hazırda Asgardia vətəndaşı olanlar isə istədikləri zamanda ödəyə bilər.    Vətəndaşlıq haqqını ödəməyi rədd edənlərin isə vətəndaşlıqları və hüquqları təxirə salınacaq.
Skandinaviya mifologiyasından tanrı Odinin hökm sürdüyü Asgard adından götürülən Asgardia Azərbaycan əsilli alim və iş adamı İqor Aşurbəyli tərəfindən 2016-cı ildə yaradılıb. 2018-ci ilin iyun ayında rəsmən dövlət başçısı seçilən İ.Aşurbəyli insanların qurduğu ilk kosmos respublikası Asgardianın planetin digər ölkələrinin məhdudiyyətlərindən azad, müstəqil bir yer olaraq təqdim ediləcəyini söyləyib.  Asgardianın rəsmi veb saytında yazılana görə, hazırda 280 min Asgardia vətəndaşı vardır. Türkiyəlilər bu sırada 40 min üzvülə siyahıya başçılıq edir. Ondan sonra Amerika Birləşmiş Ştatları, Hindistan və Çin gəlir.
Teqlər
Daha çox göstər
Close