Səhiyyə

Tomoqrafiyalar beyin şişi(xərçəng) riskini artırır, uşaqlara diqqət!

“QarabagNews” xəbər verir ki, “Journal of the National Cancer Institute” adlı jurnalda yayımlanan yeni bir araşdırmaya görə tomoqrafiyalar beyin şişi riskini artırır.
Bir və ya daha çox tomografiya edilən 168.394 hollandiyalı uşaqda xərçəng görülmə səviyyəsinin (ensidans) 1.5 misli çox olduğu təsbit edildi.
Yaxşı xasiyyətli (benign) ya da pis xasiyyətli (bədxassəli) olmaq üzrə beyin şişləri riskləri məruz qalınan radiasiya dozası yüksəldikcə artdığı bildirildi.
Məsələn ən yüksək dozaya məruz qalanlar kateqoriyasında nisbi risk 2-4 misli yüksək idi.

Uşaqlara diqqət!
Tomoqrafiyalarda standart bir ağciyər rentgeninə görə 200 misli daha çox radiasiyaya məruz qalındığı, uşaqların yetişkinlərə nisbətən radiasiyaya daha həssas olduqları və uşaqlarda istənilən hər üç tomoqrafiyadan birinin lazımsız olduğu diqqətə alınmalıdır.

Tomoqrafiyalar yerində istifadə edildikdə doğru təşhis və müalicə üçün çox böyük faydalar təmin etməklə yanaşı yüksək dozada radiasiyaya məruz qalmağı da mütləq hesaba qatmaq lazımdır.

Daha çox göstər
Close