Qarabağ

Türk müəllimi Xocalıda təcavüz edilmiş hamilə Ana və körpəsi heykəlini hazırladı-FOTO

“QarabagNews” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Fırat Universiteti Gözəl Sənətlər Fakültəsi müəllimi Rüçhan Keçəçi tullantı metallarla hazırladığı heykəldə Xocalı qırğınında qətl edilən hamilə bir qadını təsvir edib.

Keçəçinin, 26 Fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı qəsəbəsində qətl edilən 613 adamın xatirəsinə ithafən hazırladığı və “Körpənin Səssiz Çığlığı” adını verdiyi heykəl, Erməni əsgərlərinin təcavüzünə məruz qaldıqdan sonra süngüylə kürəyindən vurulan hamilə bir qadını təsvir edib.


Türk müəllimi Rüçhan Keçəçi bu heykəlin Qazi Universiteti ilə Azərbaycan Səfirliyi tərəfindən Xocalı qırğınının 26-cı ili səbəbindən təşkil edilən “Duyulmayan Çığlık Xocalı”Beynəlxalq Şəkil və Heykəl yarışmasında ən yaxşı dizayn mükafatını aldığını qeyd edib.

Türk müəllimi Rüçhan Keçəçi : “Hazırlamış olduğum heykələ “Körpənin Səssiz Çığlığı” adını verdim, 26 il əvvəl Xocalıda yaşanan qırğında bu qışqırığı hiss etdik. İnşallah belə bir qışqırıq nə bir Xocalıda nə də dünyanın başqa bir yerində bir daha yaşanmaz. Çox acı bir hadisəni daha müasir bir tərzdə sənaye tullantı metallarla izah etməyə çalışdım. İstifadə etdiyim parçalarda Xocalıda yaşan ağrını hiss etdirməyə çalışdım. Məsələn hamilə qadının ağızındakı qışqırığı görə bilərsiniz. Heykəldə göz bəbəyi xaricə doğru çıxmış, bir metal da olsa o yaşanan ağrının şiddətini ifadə etməyə səy göstərdim. “

Teqlər
Daha çox göstər
Close