Qarabağ

Xankəndinin işğalından 27 il keçdi-FOTO

“QarabagNews”un məlumatına görə Xankəndi şəhəri 1991-ci il dekabrın 27-dən 28-nə keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Xankəndi şəhəri Şuşa və Xocalı rayonlarının arasında yerləşir. Bakıdan 329 km aralıda məsafədədir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin işğalındadır.

Xankəndi şəhəri
Teqlər
Daha çox göstər
Close